Yuxarı

Xalq artisti Habil Əliyev I Fəxri xiyabanda dəfn olunub

Azərbaycan Dövlət Filarmoniyasında keçirilən vida mərasimindən sonra mərhum xalq artisti torpağa tapşırılıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Xalq artisti Habil Əliyev dəfn olunub. "Report" xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən vida mərasimindən sonra mərhum xalq artistinin cənazəsi I Fəxri xiyabanda torpağa tapşırılıb. 

Mərasimdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, xalq artistləri Canəli Əkbərov, Arif Babayev, Fəxrəddin Dadaşov, İlham Namiq Kamal, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edir.

Xatırladaq ki, Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Sentyabrın 8-də 89 yaşında dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi