Xalq artisti ev şəraitinə görə xəstəxanadan çıxa bilmir

Xalq artisti ev şəraitinə görə xəstəxanadan çıxa bilmir "Nuriyyə Əhmədovanın ev şəraitini bildiyimizə görə, hələlik burada qalmasını məsləhət görmüşük"
İncəsənət
28 Yanvar , 2015 10:25
Xalq artisti ev şəraitinə görə xəstəxanadan çıxa bilmir

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın sağlıq durumu yaxşıdır. Aktrisa rahat gəzə bilir, nitqində heç bir problem yoxdur.

Bu barədə "Report"a açıqlamanı Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Nəriman Məmmədov bildirib.

Nəriman Məmmədov xalq artistinin vəziyyətinin yaxşı olmasına baxmayaraq, hələlik reanimasiyada qaldığını deyib: "Nuriyyə xanımın vəziyyəti yaxşıdır. Onu lap bu gün evə yaza bilərik. Amma Nuriyyə Əhmədovanın ev şəraitini bildiyimizə görə, hələlik burada qalmasını məsləhət görmüşük. Reanimasiyada qalmasının səbəbi isə, palatalarda olan vəziyyətlə əlaqədardır. Belə ki, hər palatada 4 nəfər xəstə müalicə alır. Nuriyyə Əhmədovanın rahatlığı və sakitliyi baxımından onun reanimasiyada qalmasını məqsədəuyğun bildik. Rahat evi, şəraiti olsa onu lap bu gün evə yazarıq".

Qeyd edək ki, xalq artisti Nuriyyə Əhmədova yanvarın 23-də hipertoniya və qan dövranının kəskin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər Nuriyyə Əhmədovanın insult keçirdiyini deyiblər.

Son xəbərlər

Orphus sistemi