Yuxarı

Xalq artisti Əlibaba Abdullayevin 100 illik yubileyinə həsr olunan konsert keçiriləcək

Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı çıxış edəcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Filarmoniyasında görkəmli rəqqas, xalq artisti Əlibaba Abdullayevin 100 illik yubileyi münasibətilə konsert keçiriləcək.

"Report" xəbər verir ki, noyabrın 30-da keçiriləcək konsert proqramında Azərbaycanın ən tanınmış rəqs ansamblları və rəqqasları çıxış edəcək.

Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppası, Bakı Xoreoqrafiya Akademiyası və Dövlət Uşaq Filarmoniyasının kollektivi çıxış edəcək. 

Qeyd edək ki, Əlibaba Abdulla oğlu Abdullayev 1915-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyası Rəqs Ansamblının, Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.

Musiqili Komediya Teatrında yüksək kateqoriyalı aktyor kimi çalışıb. 1957-ci ildə Moskvada Tələbə və Gənclərin 6-cı Ümumdünya Festivalında qızıl medala layiq görülüb.

Nəlbəki və Vağzalı rəqslərinin ilk quruluşu Əlibaba Abdullayevə məxsusdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi