Yuxarı

Vyanada Azərbaycan kinosu günü keçiriləcək

“Nabat” və “Axınla aşağı” bədii filmləri LET’S CEE Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunur

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan istehsalı olan “Nabat” və “Axınla aşağı” bədii filmləri Avstriyada LET’S CEE Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunur.

"Report" xəbər verir ki, Mərkəzi və Şərqi Avropanın yüksək bədii təsviri ilə seçilən filmlərinin yer aldığı festival oktyabrın 1-də Vyanada başlayıb və ayın 11-dək davam edəcək. 

Oktyabrın 9-da festivalda Azərbaycan kinosu günü keçiriləcək.

Həmin gün Azərbaycan filmlərinin nümayişi olacaq. Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin festivalda iştirak edən avropalı kinoprodüserlər, jurnalistlər və tənqidçilərlə görüşü nəzərdə tutulub.

Festivalda "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov və kinostudiyanı təmsil edən nümayəndələr iştirak edir. 

LET’S CEE festivalı yeni layihələri təqdim etmək üçün prodüserlərə əlverişli imkan yaradır.

Qeyd edək ki, “Nabat” və “Axınla aşağı” filimləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2014-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında  istehsal olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi