Yuxarı

​Voronejdə "Min bir gecə" baletinin 35 illiyi qeyd olunacaq

Balet 35 ildə 400 dəfə nümayiş olunub

Bakı. 7 fevral. REPORT.AZ/ 2015-ci ilin fevral ayında Voronejin Opera və Balet Teatrında nadir hadisələrdən biri qeyd olunacaq.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 35 il əvvəl teatrın səhnəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun əfsanəvi "Min bir gecə" baletinin təqdimat mərasimi keçirilib.

Mətbuatın yazdığına görə, 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulan tamaşa, bu günümüzədək Rusiya və dünyanın iri səhnələrində uğurla nümayiş olunmaqdadır.

Müəllifi İbrahimbəyov qardaşlarının olduğu librettonun əsasında Şəhrəzadın məşhur şərq nağılları durur. Baletin musiqi müəllifi, SSRİ-nin Xalq artisti Fikrət Əmirov müsahibələrindən birində bildirib ki, "Min bir gecə" daha çox Voronej teatrının təşəbbüsü sayəsində Azərbaycan hüdudlarından kənara çıxıb".

Qeyd edək ki, balet 35 il ərzində Voronejdə 400 dəfə nümayiş olunub və hələ də, uğurla tamaşaçı toplamaqdadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi