Yuxarı

Voronejdə "Caz əyaləti-2015" adlı caz festivalı keçirilir

Festivalın açılışını Azərbaycanı təmsil edən Vaqif Sadıxov edib

Bakı. 2 noyabr. REPORT.AZ/ Rusiya Federasiyasının Voronej əyalətində "Voronej - MDB-nin mədəni paytaxtıdır" proqramı çərçivəsində "Caz əyaləti-2015" adlı caz festivalı keçirilir.

"Report" xəbər verir ki, festivalın açılışını azərbaycanlı caz ifaçısı Vaqif Sadıxov edib.

Voronej Filarmoniyası və "Petrovski" kitab klubunda keçirilən festival noyabrın 6-dək davam edəcək.

Qeyd edək ki, Rusiya mətbuatı istedadlı caz pianoçumuz barədə gözəl sözlər yazıb. Vaqif Sadıxovun 1960-cı ildə caza gəldiyi yazılan məqalədə onun tərcümeyi-halı, musiqi fəaliyyəti barədə ətraflı məlumat yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi