"Uşaqlığın son gecəsi"nin Muradı yubileyini qeyd edir

"Uşaqlığın son gecəsi"nin Muradı yubileyini qeyd edir Sənət dostları aktyoru təbrik edib
İncəsənət
18 Avqust , 2015 18:00
Uşaqlığın son gecəsinin Muradı yubileyini qeyd edir

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti Ənvər Həsənov yubileyini qeyd edir. "Report"un məlumatına görə, bu gün C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ənvər Həsənovun yubileyi münasibətilə tədbir keçirilib.

Qeyd edək ki, Ənvər Həsənov 50 ildir C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərir, filmlərə çəkilir, eyni zamanda, ikinci rejissor kimi filmlərin istehsalı ilə məşğul olur.

Aktyor və rejissor Ənvər Həsənovun milli kino tarixində öz layiqli yerini tutmuş Muradı (“Uşaqlığın son gecəsi”), Cəlalı (“Yeddi oğul istərəm”), Şahbaz bəyi (“Dərviş Parisi partladır”) bugünkü gənclərin simvoludur.

Xatırladaq ki, Ənvər Həsənov 1950-ci ildə Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə Gənclər Məktəbinə keçib. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması olur. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969-1973-cü illərdə M.A.Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır.

Son xəbərlər

Orphus sistemi