Yuxarı

Urmiyədə türk dilində tamaşa səhnəyə qoyulur

Fevralın 13-dən 17-dək “Yenə yapraqlar düşür” adlı tamaşa səhnəyə çıxacaq

Bakı. 8 fevral. REPORT.AZ/ Urmiyə şəhərində fevralın 13-dən 17-dək “Yenə yapraqlar düşür” adlı tamaşa türk dilində səhnəyə çıxacaq.

"Report" Amerikanın Səsinə istinadla xəbər verir ki, yerli qəzetlərin yaydığı məlumata görə, aşıq musiqisi, habelə tar və bağlama ifaları ilə müşayiət edilən tamaşa İranın İrşad Nazirliyinə bağlı olan Urmiyə İncəsənət və Kültür Kompleksində səhnəyə qoyulacaq.

Rejissor Pərisa Kazıminin səhnə üçün hazırladığı tamaşanın müəllifi Tovhid Nəcəfzadədir. Tamaşanın musiqiçi əməkdaşları (solist) isə aşıq Qulam Rza Əlizadə, Əmir Rzayi və Əlir Rzayidir.

Yenə yapraqlar düşür layihəsi Yaşıl Yapraq İnşaat şirkəti və Qərbi Azərbaycan vilayətinin İrşad və Mədəniyyət idarəsinin dəstəyi ilə təşkil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi