Ukrayna filmi Rusiyada mükafata layiq görülüb

Ukrayna filmi Rusiyada mükafata layiq görülüb "Nika" kinomükafatı sahiblərinə təqdim edilib
İncəsənət
1 Aprel , 2015 14:25
Ukrayna filmi Rusiyada mükafata layiq görülüb

Bakı. 1 aprel. REPORT.AZ/ Rusiyanın ən nüfuzlu kino mükafatı sayılan "Nika"nın 28-ci dəfə təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, 10 nominasiya üzrə mükafatların təqdim edildiyi mərasimdə rejissor Aleksey Germanın ( "Трудно быть богом") filmi 9 nominasiyadan 6-na sahib olub və "Ən yaxşı oyun filmi" adını qazanıb.

"Ən yaxşı rejissor işi" nominasiyasında Aleksey German qalib olub.

"Ən yaxşı ssenari" nominasiyasında "Дурак" filmi, "Ən yaxşı animasiya filmi" nominasiyasında Leonid Şmelkovun "Мой личный лось" filmi qalib olub.

"Ən yaxşı kişi rolu" nominasiyasını "Трудно быть богом" filmində ifa etdiyi rola görə Leonid Yarmolnik, "Ən yaxşı qadın rolu" nominasiyasında "Левиафан" filmindəki obrazına görə Yelena Lyadova "Nika"nın qalibi olub.

"MDB və Baltikyanı Respublikalar arasında ən yaxşı film" nominasiyasında Ukrayna kinematoqrafçılarının çəkdiyi "Племя" filmi qalib olub.

"Kinematoqrafiya qarşısında xidmətlərinə görə" nominasiyasında ssenarist Yuri Klepnikov mükafat qazanıb.

"İkinci dərəcədə ən yaxşı kişi rolu" nominasiyasında "Левиафан" filmində ifa etdiyi rola görə Roman Madyanov, "İkinci planda ən yaxşı qadın rolu" "Дурак" filmindəki obrazına görə Darya Moroza təqdim edilib.

Mərasimdə "Ən yaxşı rəssam", "Ən yaxşı bəstəkar" nominasiyalarında mükafat qazanan qaliblərə "Nika" kinomükafatı təqdim olunub.

"Şərəf və ləyaqət" nominasiyasında görkəmli aktrisa Liya Axedjakova "Nika" mükafatını qazanıb. Aktrisaya mükafatı Naina Yeltsin təqdim edib. Xəstəxanadan yenicə çıxmış rejissor Eldar Ryazanov skayp vasitəsilə mərasimə qoşulub və şəxsən sevimli aktrisası Liya Axedjakovanı təbrik edib.

Mərasimə aparıcılığı "Nika" kinomükafatının yaradıcısı və bədii rəhbəri məşhur bakılı Yuli Qusman edib. 

Son xəbərlər

Orphus sistemi