Yuxarı

Türkiyənin teatr aktrisası vəfat edib

Dəfn mərasimində türk sənət aləmindən heç kim iştirak etməyib

Bakı. 12 may. REPORT.AZ/ Türkiyənin tanınmış teatr aktrisası Heyecan Başaran vəfat edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, aktrisa 89 yaşında dünyasını dəyişib.

Aktrisanın türk teatrında yaratdığı obrazlar bir zamanlar çox məşhur olub.

1927-ci ildə Ankarada dünyaya gələn aktrisa ilk dəfə 6 yaşında olanda "Əsli və Kərəm" operasında səhnəyə çıxıb.

Aktrisa 27 yaşında imkanlı iş adamı ilə ailə qurub və səhnəni tamamilə tərk edib.

Heyecan Başaranın teatr və kinoda ifa etdiyi obrazları unutmayanlar aktrisanı son mənzilə yola salıblar. Dəfn mərasimində türk sənət dünyasından heç kim iştirak etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi