Yuxarı

Türkiyənin məşhur aktyorları Bakıya gəlib - FOTO

Nizami Kino Mərkəzində Kardeşim benim filminin qala-gecəsi keçirilib

Bakı. 10 fevral. REPORT.AZ/ Bakıda Türkiyənin məşhur aktyorları Burak Özçivit, Murad Boz və Aslı Enverin rol aldığı "Kardeşim benim" filminin qala-gecəsi keçirilib.

"Report" xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan qala-gecədə filmin yaradıcı heyəti və baş rolun ifaçıları iştirak edib.

Filmdə baş rolun ifaçılarından biri - müğənni Murad Boz Bakıya gəlməyib.

Nizami Kino Mərkəzində keçirilən qala-gecədə filmin nümayişindən sonra aktyorlar mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, filmin ssenari müəllifi Zafer Külünk, rejissoru Mert Baykaldır. "Kardeşim benim" iki musiqiçi qardaşın həyatından bəhs edir.

Filmin Türkiyədə ilk nümayişi yanvarın 14-də olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi