Türkiyəli aktrisa vəfat edib

Türkiyəli aktrisa vəfat edib O, filmlərdə Türkan Şoray kimi bir çox məşhurları səsləndirib
İncəsənət
17 Aprel , 2017 14:35
Türkiyəli aktrisa vəfat edib

Bakı. 17 aprel. REPORT.AZ/ Türkiyəli aktrisa Handan Kara vəfat edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən sənətkar 78 yaşında dünyasını dəyişib.

H.Kara 1939-cu ildə İstanbulun Bakırköy rayonunda dünyaya gəlib. Karyerasına TRT radiosunun İstanbul şöbəsində səs sənətçisi olaraq başlayıb. O, filmlərdə Türkan Şoray kimi bir çox məşhurları səsləndirib.

Sənətçi "Ver Allahım Ver", "İşte Deve, İşte Hendek" adlı filmlərdə də rol alıb.

Son xəbərlər

Orphus sistemi