Yuxarı

Türkiyə zərgərlərinin əl işləri Bakıda

Türkiyə rəngləri adlı sərgi açılıb

Bakı.25 noyabr.REPORT.AZ/ Azərbaycanda keçirilən Türkiyə Mədəniyyəti Günləri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində "Türkiyə rəngləri" adlı sərgi açılıb.

"Report" xəbər verir ki, sərgidə Türkiyə rəssamlarının 50-dən çox yağlı və sulu boya ilə çəkilən rəsmləri, foto sənətinin nümunələri, gümüş, mis, keramika, şüşə məmulatları, qadın baş örtükləri və tikmələri nümayiş etdirilir.

Sərgidə tamaşaçıların diqqətini çəkən Türkiyə zərgərlərinin əl işləri və ebru sənətinin nümunələri olub. Türk zərgərləri adından Bakıya gümüş əşyalar gətirən Necdət Gür "Report"a bildirib ki, zərgərlik sənətinin nümunələrini hazırlamaqla çoxdan məşğuldur. Bu sənətin ailədən gəldiyini deyən Necdet Gür Bakıya 8 kq-dan artıq gümüş əşyalar gətirdiyini söyləyib. Bunlar üzük və saat dəstləri, sırğalar, boyunbağılar, təsbehlərdir. O, bakılı tamaşaçıların sərgiyə maraq göstərdiyini deyib. N.Gür sərginin satış məqsədli olmasından da məmnun olduğunu vurğulayıb.

Sərgidə qadın örpəkləri və baş örtükləri, bakırdan, misdən və keramikadan hazırlanan qablar da, sərgi iştirakçılarının marağına səbəb olub. Bakır Türkiyənin mədənlərindən çıxarılan qiymətli metal nümunəsidir. Tərkibi etibarı ilə misə bənzəyən bu metal növündən müxtəlif qablar və sənət əsərləri hazırlanır. Bakır dəyərinə görə, bürüncdən və misdən qat-qat baha olur.

Qeyd edək ki, sərgidə ebru sənətinin nümunələri, keramikadan hazırlanmış qablar və rəssamların əl işləri sərgilənir. Məişət əşyalarından fərqli olaraq, rəssamların çəkdikləri əl işləri satış məqsədi daşımır.

Sərgi noyabrın 27-də başa çatacaq.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi