Türkan Şorayın rejissorluq etdiyi filmin çəkilişləri başlayıb

Türkan Şorayın rejissorluq etdiyi filmin çəkilişləri başlayıb "Bu filmi izləyənlər bir tərəfdən qəhqəhələrlə güləcək, eyni anda da qəlbindəki kədəri hiss edəcək"
İncəsənət
17 İyul , 2015 17:16
Türkan Şorayın rejissorluq etdiyi filmin çəkilişləri başlayıb

Bakı. 17 iyul. REPORT.AZ/ Türkiyənin məşhur aktrisası Türkan Şorayın rejissoru olduğu "Eski Köye Yeni Adet" filminin çəkilişlərinə başlanılıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, filmin çəkilişlərinə Menteşe rayonunda start verilib.

Türkan Şoray bildirib ki, ən böyük dəstəyi komandası və oyunçularıdır: "Qəlbimdə türk kinosuna və tamaşaçısına böyük sevgi var. Məsuliyyəti üzərimizə götürdük və kinomuzun çəkilişinə bu gün start verdik. Kinomuzda, "Yeşilçam" filmlərinin dadı olacaq kimi hiss edirəm. Bu filmi izləyən bir tərəfdən qəhqəhələrlə güləcək, eyni anda da qəlbindəki kədəri hiss edəcək... Allah utandırmasın".

Menteşe rayonunun Yeşilyurt məhəlləsində çəkilişləri keçirilən filmdə bir əyləncə mərkəzinin qəsəbəyə daşınması və sonra bununla inkişaf edən hadisələrdən danışılır.

Ssenarisini Şərəf Görkəminin yazdığı "Eski Köye Yeni Adet" filminin istehsalını isə Türkan Şorayın qızı Yağmur Ünal üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi