Türk kinosunun məşhur rejissoru vəfat edib

Türk kinosunun məşhur rejissoru vəfat edib Memduh Ün 95 yaşında dünyasını dəyişib
İncəsənət
16 Oktyabr , 2015 13:25
Türk kinosunun məşhur rejissoru vəfat edib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Tanınmış türk kinorejissoru Memduh Ün 95 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, ötən ilin noyabrından xəstəxanada olan kinorejissor bu səhər yerli vaxtla saat 10:15-də vəfat edib.

Xatırladaq ki, Memduh Ün 1920-ci ildə anadan olub. Gənclik illərində tanınmış futbolçu olan kinorejissor 1947-ci ildə filmə çəkilib. Elə həmin il idmançı karyerasını başa vuraraq, kino yaradıcılığına başlayıb. Türkiyənin ən məşhur film şirkətlərindən sayılan "Uğur Film"in yaradıcısıdır. 

Son xəbərlər

Orphus sistemi