"Tərkedilmiş" filminin təqdimat mərasimi olacaq

"Tərkedilmiş" filminin təqdimat mərasimi olacaq Türkiyəli rejissorun çəkdiyi filmdə baş rolları Azərbaycan aktyorları ifa edib
İncəsənət
3 Mart , 2015 10:53
Tərkedilmiş filminin təqdimat mərasimi olacaq

Bakı. 2 mart. REPORT.AZ/ Türkiyənin "Post Production" şirkətinin istehsal etdiyi "Tərkedilmiş" filminin ilk nümayişi martın 27-də bu ölkədə baş tutacaq.

Bu barədə "Report"a filmdə baş rolu ifa edən aktisa Könül Nağıyeva məlumat verib.

2014-cü ilin avqust-sentyabr ayında Türkiyənin İzmir şəhərində çəkilən bədii filmin rejissoru Korhan Uğurdur. 

Aprelin 2-də isə Azərbaycan tamaşaçıları filmə tamaşa edə biləcək. Filmin ilk nümayişi Nizami Kino Mərkəzində olacaq.

Artıq filmin anonsları da yayınlanıb.

Qeyd edək ki, "Tərkedilmiş" filmində baş rolları azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayev ifa ediblər. Film Suriyadan Türkiyəyə qaçqın düşmüş bir ailənin başına gələn faciəli hadisələrdən bəhs edir.  

Son xəbərlər

Orphus sistemi