Yuxarı

Teatr Muzeyi Xocalı faciəsini yad edəcək

“Xocalı - Əsrin faciəsi” adlı tədbir keçiriləcək

Bakı. 23 fevral. REPORT.AZ/ Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Xocalı qurbanlarının xatirəsini yad etmək məqsədilə fevralın 24-də tədbir keçirəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dövlət Teatr Muzeyi yayıb.

Bu il muzeydə təşkil ediləcək tədbirdə Nizami rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin üzvləri və G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdləri çıxış edəcək.

Xocalı faciəsinə həsr olunmuş şeir, musiqi nömrələri və videoçarxdan ibarət “Xocalı - Əsrin faciəsi” adlı tədbir nümayiş etdiriləcək.

Tədbirdə şəhər muzeylərinin əməkdaşları, Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbə heyəti, mətbuat nümayəndələri iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi