Teatr Muzeyi iki böyük sərgi keçirəcək

Teatr Muzeyi iki böyük sərgi keçirəcək İkinci sərgi Xocalı soyqırımının 24 illiyinə həsr edilib
İncəsənət
2 Fevral , 2016 10:46
Teatr Muzeyi iki böyük sərgi keçirəcək

Bakı. 2 fevral. REPORT.AZ/ Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində iki böyük sərgiyə hazırlıq işləri gedir.

Bu barədə "Report"a Teatr Muzeyindən məlumat verilib.

Fevralın 17-də Akademik Milli Dram Teatrında xalq artisti Əliabbas Qədirovun 70 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Həmin tədbirin sərgisini Teatr Muzeyi hazırlayıb. Sərgi teatrın foyesində tamaşaçılara təqdim olunacaq.

Teatr Muzeyində hazırlanan ikinci sərgi Xocalı soyqırımının 24 illiyinə həsr edilib.

Sərgi faciənin növbəti ildönümü ərəfəsində təqdim ediləcək.  

Son xəbərlər

Orphus sistemi