Yuxarı

Teatr Muzeyi Gəncədə sərgi keçirəcək

Yeni teatr mövsümünün açılışı münasibətilə sentyabrın 16-da Gəncə Dövlət Dram Teatrında sərgi açılacaq

Bakı. 27 avqust. REPORT.AZ/ Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi yeni sərgiyə hazırlaşır. 

Bu barədə "Report"a Teatr Muzeyindən məlumat verilib.

Sərgi yeni teatr mövsümünün açılışında Gəncədə nümayiş etdiriləcək. 143-cü teatr mövsümünün açılışı sentyabrın 16-da Gəncə Dövlət Dram Teatrında olacaq. Həmin gün, Azərbaycan Dövlət Teatr Muzeyi Gəncə Teatrının tarixi, keçdiyi sənət yolu, Gəncə teatrının görkəmli sənətkarları haqqında hazırladıqları foto-sərgini nümayiş etdirəcək.

Teatr Muzeyi sərginin ilk nümayişindən sonra foto-stendləri Gəncə Dövlət Dram Teatrına hədiyyə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi