Yuxarı
    Bağlamaq

    Sumqayıt Teatrı Türkiyədə keçirilən festivalda iştirak edib

    Teatr türk yazar Əziz Nesinin əsərini İzmir səhnəsində nümayiş etdirib

    Bakı. 27 aprel. REPORT.AZ/ Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı Türkiyənin İzmir şəhərində keçirilən "Menemen Teatr Festivalı"ndan qayıdıb. "Report" xəbər verir ki, Sumqayıt Teatrı İzmir festivalında Əziz Nesinin "Öldür məni, can-ciyər" adlı tamaşasını türk izləyicilərə təqdim edib.

    Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovdur. Rolları Mətləb Səfərli və əməkdar artistlər Növrəstə Həşimova və İlahə Səfərova ifa edib.

    Sumqayıt Teatrının direktoru İslam Həsənovun sözlərinə görə, İzmirdə göstərdikləri tamaşanı türklər alqışlarla qarşılayıb: "Əziz Nesinin vətənində onun əsərini nümayiş etdirmək İzmir tamaşaçılarının rəğbətini qazandı".

    Qeyd edək ki, İzmirdə keçirilən "Menemen Teatr Festivalı"nda Azərbaycanı Sumqayıt Dövlət Dram Teatrı təmsil edib. Ümumilikdə festivalda 2 dövıət-Azərbaycan və Kipr daxil olmaqla 12 teatr iştirak edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi