Yuxarı

Tbilisidə Rəşid Behbudovun 100 illiyinə həsr edilmiş konsert olacaq

Konsertdə Gürcüstanın tanınmış bəstəkarı Vaja Azaraşvili, tenor İrakli Murcikneli və başqa musiqiçilər, opera müğənniləri iştirak edəcəklər

Bakı. 27 sentyabr. REPORT.AZ/ Dünya şöhrətli müğənni Rəşid Behbudovun anadan olmasının 100-cü ildönümü münasibətilə sentyabrın 27-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində konsert olacaq.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, tədbir saat 19.00-da başlayacaq.

Məlumata görə, konsert Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının kiçik zalında olacaq. Təbridə Rəşid Behbudovun oxuduğu opera və mahnılardan nümunələrin videoarxivi nümayiş etdiriləcək.

Xəbərdə bildirilib ki, konsertdə Gürcüstanın tanınmış bəstəkarı Vaja Azaraşvili, tenor İrakli Murcikneli və başqa musiqiçilər, opera müğənniləri iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi