Tahir Salahov: “Min bir gecə” baletinin 10 ilə yaxındır Kreml Teatrının repertuarında olması qürurvericidir"

Tahir Salahov: “Min bir gecə” baletinin 10 ilə yaxındır Kreml Teatrının repertuarında olması qürurvericidir" ”Min bir gecə” baletinin 10 ilə yaxındır Kreml Teatrının repertuarında olması ilə ürəkdən fəxr edirəm”.
İncəsənət
10 Aprel , 2019 14:26
Tahir Salahov: “Min bir gecə” baletinin 10 ilə yaxındır Kreml Teatrının repertuarında olması qürurvericidir
Report/Elchin Murad

”Min bir gecə” baletinin 10 ilə yaxındır Kreml Teatrının repertuarında olması ilə ürəkdən fəxr edirəm”.

Bunu “Report”a sözügedən balet tamaşası üçün gözəl tərtibat yaratmış görkəmli sənətkar, 90 illiyi münasibətilə adıçəkilən teatr kollektivinin Bakıya gəldiyi SSRİ, Azərbaycan, Rusiya dövlətlərinin xalq rəssamı Tahir Salahov deyib.

“Tamaşanın quruluşcu rejissoru və bədii rəhbəri Andrey Petrov gözəl baletmeysterdir. On il əvvəl bu baleti ərsəyə gətirmək üçün məndən kömək istəmişdi, məmunniyyətlə razılaşdım”, – xalq rəssamı deyib.

O, tamaşanın Heydər Əliyev adına konsert salonunun səhnəsində nümayiş ediləcəyinin də xüsusi qürur mənbəyi olduğunu dilə gətirib.

Tahir Salahov bildirib ki, Azərbaycanın ən görkəmli musiqi sənətkarlarının əsərlərinin səsləndirildiyi bu salonda bizim baletin  nümayişi ürəyimi dağa döndərir.

Onun sözlərinə görə, istər Azərbaycan, istərsə də Rusiya mədəniyyəti üçün sənət adamlarının birliyi böyük əhəmiyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi