“Suyun şəkli” ABŞ kinotənqidçiləri tərəfindən ötən ilin ən yaxşı filmi hesab edilib - VİDEO

“Suyun şəkli” ABŞ kinotənqidçiləri tərəfindən ötən ilin ən yaxşı filmi hesab edilib - VİDEO Frensis Makdormand ən yaxşı aktrisa hesab edilib
İncəsənət
12 Yanvar , 2018 08:16
“Suyun şəkli” ABŞ kinotənqidçiləri tərəfindən ötən ilin ən yaxşı filmi hesab edilib - VİDEO

Bakı. 12 yanvar. REPORT.AZ/ Meksika rejissoru Gilyermo del Toronun “Suyun şəkli” ekran əsəri 2017-ci ilin ən yaxşı filmi kimi ABŞ kinotənqidçilərinin “Critics' Choice Award” mükafatına layiq görülüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, təqdimetmə mərasimi Amerikanın Kaliforniya ştatının Santa-Monika şəhərində keçirilir.

“Ebbinq sərhədində üç bilbord, Missuri” filmində rol alan Frensis Makdormand ən yaxşı aktrisa hesab edilib. O, həmçinin “Farqo” filmində ən yaxşı qadın roluna görə “Oskar” mükafatına, eləcə də “Emmi”, “Toni” mükafatlarına namizəddir.

Son xəbərlər

Orphus sistemi