Yuxarı

Sumqayıt Teatrı 47-ci mövsümü "Hacı Qara" komediyası ilə yekunlaşdırıb

48-ci teatr mövsümünün açılışı Sumqayıt teatrının təmir olunan yeni binasında olacaq

Bakı. 16 iyul. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrı 47-ci mövsümü başa vurub.

Bu barədə "Report"a Sumqayıt Teatrından məlumat verilib.

Mövsümü "Burdan min atlı keçdi" əsəri ilə açan teatr,  "Hacı Qara" tamaşası ilə yekunlaşdırıb.

Tamaşanın rejissoru teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovdur. Hacı Qara rolunu aktyor Akif Mirzəyev (dublyor- Yalçın Səlimov) ifa edib.

Əsas obrazları əməkdar artistlər İlahə Səfərova, İzaməddin Bağırov, aktyor İlham Səfərli, Cəlal Məmmədov, Mətləb Səfərli, Rövşən Əsgərov, İlahə Səfərli, Dağlar Rüstəmov və başqaları canlandırıb.
Maraqlı, məzəli musiqi nömrələri, avanqard rejissor yozumu, qədərincə aktyor improvizələri tamaşanı daha baxımlı edib.

Qeyd edək ki, Sumqayıt Teatrı yeni teatr mövsümünü sentyabrda təmirdən çıxan binasında edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi