Sumqayıt Dövlət Dram Teatrının kollektivi Novruz bayramı ərəfəsində kimyaçılar qarşısında çıxış edib

Sumqayıt Dövlət Dram Teatrının kollektivi Novruz bayramı ərəfəsində kimyaçılar qarşısında çıxış edib Tamaşadan sonra Sumqayıt Dövlət Dram Teatrının kollektivi ilə "Azərikimya"nın sıx əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub
İncəsənət
16 Mart , 2017 21:06
Sumqayıt Dövlət Dram Teatrının kollektivi Novruz bayramı ərəfəsində kimyaçılar qarşısında çıxış edib

Bakı. 16 mart. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrının kollektivi Fransız yazıçısı Marsel Berkye-Marinyenin ''Oğru'' əsəri əsasında rejissor Rövşən Almuradlının eyniadlı tamaşası ilə kimyaçılar qarşısında çıxış edib.

"Report” Azərbaycan Dövlət Neft Şirkətinə ( SOCAR) istinadən xəbər verir ki, tamaşada “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və digər rəhbər şəxslər, eləcə də Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin ümumilikdə 500-dən çox əməkdaşı iştirak edib.

Əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, Vəfa Qurbanova, İlahə Səfərovanın rol aldığı komediyanın süjetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan suallar ön plana çəkilir, gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirə edilir.

Tamaşadan sonra Sumqayıt Dövlət Dram Teatrının kollektivi ilə "Azərikimya"nın sıx əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, sumqayıtlıların, eləcə də kimyaçıların bədii zövqünün formalaşmasında doğma teatrın böyük rol oynadığı qeyd edilib.

Son xəbərlər

Orphus sistemi