Yuxarı

Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümü başa vurub

​Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümü başa vurub

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti tanınmış dramaturq Əli Əmirlinin şəhərin 70 illik yubileyinə həsr olunmuş “Sevgilim Sumqayıt” lirik-psixoloji dramını hazırlayaraq tamaşaçıların ixtiyarına verib. Teatr özünün 50-ci mövsümünü 19 iyul saat 19:00-da həmin tamaşanın premyerası ilə başa vurub.

“Report” xəbər verir ki, bağlanış mərasimində iştirak edən ziyalılar, mətbuat nümayəndələri, qonaqları salamlayıb, sözə başlayan teatrın direktoru Əməkdar artist Mübariz Həmidov yubiley mövsümündə Sumqayıt teatrındakı canlanmanın növbəti teatr mövsümündə də davamlı olacağını söyləyib.

Daha sonra teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov söz alıb. Baş rejissor müxtəlif janrlı tamaşaların ərsəyə gəlməsilə yanaşı, rəhbərliyin təbliğat yönümlü ideyalar irəli sürərək teatra tamaşaçı axınının güclənməsinə nail olduğunu qeyd edib. O bildirib ki, cari mövsümdə repertuara daxil edilən “Tıq-tıq xanım”, “Danışan gəlincik”, “Dəfn edilməmiş ölülər”, “Mamoy kişinin yuxuları”, “Sevgilim Sumqayıt” kimi uğurlu tamaşaların rəğbət görməsi həyata keçirilən PR kompaniyalar ilə də bağlıdır.

Sumqayıt Dövlət Dram Teatrının direktoru Əməkdar artist Mübariz Həmidov quruluş verilən tamaşaların, maarifləndirici proqramların, sosial layihələrin qənaətbəxş nəticələnməsində il ərzində bizimlə əməkdaşlıq edən, teatrımızda baş verən ədəbi hadisələri KİV-də yayımlamaqda dəstəyini əsirgəməyən jurnalistlərin əməyinin əhəmiyyətini vurğuladı. Daha sonra tamaşa teatrsevərlərə təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi