Yuxarı

Stokholmda qalereyadan Dalinin heykəlləri oğurlanıb

​Stokholmda qalereyadan Dalinin heykəlləri oğurlanıb

37

İsveçin paytaxtı Stokholm şəhərinin mərkəzindəki Estermalm bölgəsindəki “Couleur” qalereyasından Salvador Dalinin əl işləri olan ondan çox heykəl oğurlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, oğurlanan heykəllərin dəyəri milyonlarla kron (yüzminlərlə dollar) dəyərində qiymətləndirilir.

Polis artıq istintaqa başlayıb. İlkin ehtimala görə, qalereyada azı iki oğru olub və onlar cinayət yerindən avtomobillə qaçıblar. İstintaq aparıldığından hadisənin digər detalları və oğurlanan əl işləri barədə ətraflı bilgi verilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi