Yuxarı
    Bağlamaq

    SSRİ xalq artisti Georqiy Daneliyanın 85 yaşı tamam olub

    Görkəmli kinorejissor yubileyini evində ailə üzvləri, nəvələri və nəticələri ilə qeyd edəcəyini bildirib

    Bakı. 25 avqust. REPORT.AZ/ SSRİ xalq artisti, Rusiyanın görkəmli kinorejissoru Georqiy Daneliyanın 85 yaşı tamam olub.

    "Report" xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin kinorejissoru yubileyi münasibətilə təbrik edib.

    Xüsusi yubiley təntənələrini sevmədiyini deyən kinorejissor doğum gününü evində ailə üzvləri, nəvələri və nəticələri ilə qeyd edəcəyini bildirib.

    Xatırladaq ki, Georqiy Daneliya 1930-cu il avqustun 25-də Tbilisidə dünyaya gəlib. Atası Nikolay Daneliya general-mayor, anası Meri Andcaparidze "Mosfilm" kinostudiyasında ikinci rejissor, I dərəcəli Stalin mükafatının sahibi olub. G.Daneliya Sovet kinosunun ən gözəl ekran əsərlərinin müəllifidir.

    Kinorejissorun çəkdiyi "Mən Moskva ilə addımlayıram", "Uğur centlemenləri", "Mimino", "Payız marafonu", "Afonya", "Kin-dza-dza" və s. filmləri Rusiya kinematoqrafyasının məşhur əsərlərindəndir. 

    O, "Mimino" filminə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatını alıb. Tbilisinin fəxri vətəndaşıdır. 

    Üç dəfə rəsmi nikaha daxil olan kinorejissorun iki qızı hüquqşünas və diplomatdır. Oğlu isə atasının yolunu davam etdirir və rejissor kimi fəaliyyət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi