Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı Bakıya qasrtol səfərinə gəlir

Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı Bakıya qasrtol səfərinə gəlir Musiqili Teatrda SSRİ xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşalar nümayiş etdiriləcək
İncəsənət
22 Sentyabr , 2015 14:29
Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı Bakıya qasrtol səfərinə gəlir

Bakı. 22 sentyabr. REPORT.AZ/ Gürcüstanın Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı Bakıya qasrtol səfərinə gəlir.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidməti yayıb.

Teatrdan bildirilib ki, qastrol səfəri oktyabr ayında baş tutacaq. Musiqili Teatrda dünya şöhrətli gürcü teatr rejissoru, SSRİ xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşalar nümayiş etdiriləcək. 

Oktyabrın 9-da Tamaz Çiladzenin “Ov mövsümü”, oktyabrın 11-də isə Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşaları azərbaycanlı tamaşaçılara təqdim olunacaq.

Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev deyib ki, Gürcüstan teatrının Azərbaycana qastrol səfərinə gəlməsi müsbət haldır. Onun fikrincə, Robert Sturua dünya səviyyəli bir rejissordur: "Bizim teatrın istər Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı,istərsə də Robert Sturua ilə sıx əlaqələri var. Belə bir ustad rejissorun tamaşalarının azərbaycanlı tamaşaçılara təqdim edilməsi çox sevindirici haldır."

Qeyd edək ki, qastrol səfəri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi və Tiflis şəhər meriyasının təşkilati dəstəyi ilə baş tutacaq.

Xatırladaq ki, SSRİ xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşaları izləmək istəyənlər biletləri Bakı şəhərinin bütün teatr-konsert kassalarından əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi