Yuxarı

"Sönməyən ulduzlar" teatrında "Məhəbbət və şeytan" tamaşası hazırlanacaq

Yeni tamaşanın məşqlərinə sentyabrın 5-dən start verilir

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan Yaradıcılıq Fondunun nəzdində fəaliyyət göstərən "Sönməyən ulduzlar" teatrı yeni teatr mövsümünü sentyabrın 5-də açacaq.

"Report" xəbər verir ki, teatrda yazıçı Marat Haqverdiyevin "Məhəbbət və şeytan" əsəri tamaşaya hazırlanacaq.

Əsərə quruluşu rejissor Yusif Əkbərov verəcək. Tamaşanın məşqləri sentyabrın 5-dən başlayır.

Tamaşada əsas rolları əməkdar artistlər Raziyyə Şirinova, Firuz Xudaverdiyev, Şükufə Musayeva, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı, aktyor Məmməd Əliyev və başqaları ifa edəcək.

Qeyd edək ki, "Sönməyən ulduzlar" teatrında əsasən qocaman sənət adamları çıxış edir.

Teatrın bədii rəhbəri əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlıdır.

Xatırladaq ki, Marat Haqverdiyevin bu əsəri uzun illər əvvəl Gənc Tamaşaçılar Teatrında "Məhəbbət, şeytan, lombada" adı ilə nümayiş edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi