Yuxarı

Səyavuş Aslanın 80 illik yubileyi keçiriləcək

Yubiley tədbiri noyabrın 24-də Milli Dram Teatrında olacaq

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanın görkəmli teatr və kino aktyoru, "Şərəf" ordenli, xalq artisti Səyavuş Aslanın 80 illik yubileyi qeyd olunacaq. 

"Report" xəbər verir ki, yubiley tədbiri noyabrın 24-də sənətkarın uzun illər işlədiyi Akademik Milli Dram Teatrında baş tutacaq.

Yubiley gecəsində Səyavuş Aslanın sənət dostları, doğmaları iştirak edəcək.

Xatırladaq ki, Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. O, aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib.

1984-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan Səyavuş Aslan ağır xəstəlikdən sonra 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi