Yuxarı

"Sevil" operası təqdim ediləcək

Tamaşa yanvarın 10-da Opera və Balet Teatrında nümayiş olunacaq

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında SSRİ xalq artisti, bəstəkar Fikrət Əmirovun “Sevil” operasının tamaşası keçiriləcək.

"Report" xəbər verir ki, yanvarın 10-da təqdim olunacaq tamaşada əsas partiyaları – Sevil və Balaşı ilk dəfə olaraq əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyev ifa edəcək.

Tamaşada həmçinin əməkdar artistlər Səbinə Əsədova (Gülüş), Gülnaz İsmayılova (Dilbər), Cahangir Qurbanov (Atakişi) və s. iştirak edəcək. Tamaşanı dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Qeyd edək ki, C.Cabbarlının eyni adlı pyesinin motivləri əsasında yazılmış opera tamaşasında Azərbaycanın milli vokal sənətinin bir sıra görkəmli nümayəndələri – Rəşid Behbudov, Azər Zeynalov, Xuraman Qasımova, Şahlar Quliyev və b. əsas rollarda çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi