Yuxarı
    Bağlamaq

    "Sənətkar" medalının builki qaliblərinin siyahısı açıqlanıb

    Təqdimat mərasimi 10 mart - Milli Teatr Günündə həyata keçirilib

    Bakı. 10 mart. REPORT.AZ/ Martın 10-da Azərbaycan Milli Peşəkar Teatrının yaranmasından 142 il ötür. Bu gün teatr ictimaiyyətinin bayramıdır.

    "Report" xəbər verir ki, teatr bayramı münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqında teatr xadimləri ilə görüş keçirilib. TXİ-nın sədri, əməkdar incəsənət xadimi Azərpaşa Nemət bütün sənət adamlarını təbrik edib və əlavə edib ki, bu gün TXİ-nın təsis etdiyi "Sənətkar" medalının təqdimat mərasimi olacaq.

    Qeyd edək ki, "Sənətkar" medalı TXİ-nın təsis etdiyi sənət mükafatıdır. Ötən il ilk dəfə sənət adamlarına təqdim edilən mükafatın builki qaliblərinin siyahısı açıqlanıb.

    "Sənətkar" medalının ilk qalibi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Akademik Kamal Abdullayev olub. Bakı Xoreoqrafiya Məktəbinin rektoru, professor Timuçin Əfəndiyev, xalq artisti, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, rejissor Ağakişi Kazımov, teatrşünas, professor Məryəm Əlizadə, xalq artisti Arif Quliyev, televiziya rejissoru Məhərrəm Bədirzadə, xalq artistləri Cəfər Namiq Kamal, Canəli Əkbərov, Lənkəran Dövlət Dram Teatrının aktrisası Böyükxanım Əliyeva, Sumqayıt Dövlət Dram Teatrının aktrisası Svetlana Həkimova, Vaqif Əliyev, Rus Dram Teatrının aktrisası Yevgeniya Nevmerjitskaya, Kukla Teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanov,Tamilla Bünyadova, Akademik Opera və Balet Teatrının keçmiş solisti, Raziyə Şirinova, Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikov, Şəki Dövlət Dram Teatrının aktyoru Xanlar Həşimzadə, Akademik Milli Dram Teatrının aktyorları Əminə Babayeva, Əlvida Cəfərov, Mirzə Ağabəyli, Gənc Tamaşaçılar Teatrının aktyoru Rahib Əliyev, Teatr Muzeyinin direktoru Nuridə Nurullayeva və başqaları 2015-ci ilin "Sənətkar" mükafatına layiq görülüblər.

    Xalq artisti Afaq Bəşirqızı ötən il bu mükafatın ilk qaliblərindən biri olub. TXİ-nın sədri Azərpaşa Nemət bu il Afaq xanımı teatr bayramı münasibətilə təbrik edib və ona TXİ-nın xüsusi mükafatını təqdim edib.

    Mükafatlandırma mərasimi teatra həsr edilən videoçarxın nümayişi və teatr xadimlərinin çıxışları ilə başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi