Yuxarı

Şəki Teatrı Bartin Teatr Festivalında iştirak edəcək

Festival 2017-ci ildə keçiriləcək

Bakı. 18 may. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Türkiyənin Bartin şəhərində keçiriləcək 23-cü Uluslararası Bartin Teatr Festivalında iştirak edəcək.

Bu barədə "Report"a Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli məlumat verib.

Baş rejissorun sözlərinə görə, mayın 13-dən 15-dək Bartin şəhərində qastrol səfərində olan Şəki Teatrına 2017-ci ildə keçiriləcək Bartin Teatr Festivalında iştirak dəvəti gəlib.

Teatrın kollektivi festival üçün xüsusi tamaşa hazırlayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi