Yuxarı

Şəki Dövlət Dram Teatrı Bakıda "Vaqif" dramını nümayiş etdirəcək

Şəki teatrının paytaxta qastrol səfəri iki gün davam edəcək

Bakı. 7 iyun. RERORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Bakıya qastrol səfərinə gəlib.

"Report" xəbər verir ki, Şəki Teatrı iki gün müddətində Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində "Vaqif" dramını nümayiş etdirəcək.

Səhnə əsəri Səməd Vurğunun "Vaqif" dramının motivləri əsasında hazırlanıb. Yeni tamaşaya Şəki Teatrının keçmiş rejissoru, hazırda Moskvada fəaliyyət göstərən "Dərviş" Teatrının rəhbəri Mərdan Feyzullayev quruluş verib.

Tamaşanın nəsrlə olan hissələrini Mərdan Feyzullayev, nəzmlə olan parçalarını isə Vaqif Aslan yazıb.

Səhnə əsərində Vaqif obrazını əməkdar artist Əbülfət Salahov, Qacar obrazını əməkdar artist Xanlar Həşimzadə ifa edir.

Tamaşanın maraqlı cəhətlərindən biri əsərdə heç bir qadın personajının olmamasıdır.

Qeyd edək ki, Şəki Teatrının kişi truppasının ifasında nümayiş etdirilən tamaşada Təlxək obrazını əməkdar artist İqrar Salamov canlandırır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi