Yuxarı

Şəkidə Rusiya teatrlarının 20 tamaşası göstəriləcək

Ümumilikdə festivalda 10 ölkənin 40-dan çox tamaşası nümayiş olunacaq

Moskva. 3 iyun. REPORT.AZ/ Azərbaycanda II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Rusiya Teatr Xadimləri İttifaqından "Report"a verilən məlumata görə, sentyabrın 15-24-də baş tutacaq tədbirdə Rusiyadan təxminən 20 teatr kollektivi iştirak edəcək. Onlar arasında Moskva, Sankt-Peterburq, Tatarıstan və Başqırdıstan teatrları da var.

Ümumilikdə festivalda 10 ölkənin 40-dan çox tamaşası nümayiş olunacaq. Festivala qatılmaq üçün namizədlərin seçimi zamanı üstünlük qısametrajlı müasir tamaşalara, yəni "kiçik formalı teatrlara" verilib.

Festival Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilir.

Festival "2010-2019-cu illərdə Azərbaycan teatrının inkişafı" Dövlət Proqramı çərçivəsində baş tutacaq. Əsas məqsəd müasir teatr sənətinin, innovasiya və texnologiyalarının ən yaxşı nümunələrinin təqdimatı üçün şərait yaratmaq, eləcə də regional və beynəlxalq mədəni əlaqələrin inkişafına dəstək verməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi