"Sehirli Alma" baletinin premyerası olacaq

"Sehirli Alma" baletinin premyerası olacaq Oqtay Zülfüqarov balacalara 1 iyun hədiyyəsi hazırlayıb
İncəsənət
21 May , 2015 11:51
Sehirli Alma baletinin premyerası olacaq

Bakı. 21 may. REPORT.AZ/ Mayın 31-də Azərbaycan Dövlət Opera və Balet Teatrında bəstəkar, xalq artisti Oqtay Zülfüqarovun "Sehirli Alma" baletinin premyerası olacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı Opera və Balet Teatrının mətbuat xidməti yayıb.

Azərbaycan xalq nağılı “Məlikməmməd”in motivləri əsasında tamaşaya qoyulan bu balet uşaqlar üçün nəzərdə tutulub və baletin premyerası 1 iyun Uşaqları Beynəlxalq Müdafiə gününə həsr olunub.

Yeni tamaşanın dirijoru – beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyev, quruluşçu baletmeyster Pellumb Aqalliyay, quruluşçu rəssam isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

Tamaşada əsas rollarda balet truppasının gənc solistləri Timur Oduşev (Məlikməmməd), Faiq Qubatov (Padşah), Mehman Mərdanov (Təlxək), Cəmilə Kərimova (Məlikməmmədin sevgilisi), Anar Mikayılov (Div) və başqaları çıxış edəcək. 

Qeyd edək ki, mayın 31-i həm də bəstəkar Oqtay Zülfüqarovun doğum günüdür.

Son xəbərlər

Orphus sistemi