Özcan Deniz Bakıya gələcək

Özcan Deniz Bakıya gələcək “İkinci şans” filminin qala gecəsi keçiriləcək
İncəsənət
25 Noyabr , 2016 14:36
Özcan Deniz Bakıya gələcək

Bakı. 25 noyabr. REPORT.AZ/ Türkiyənin tanınmış müğənnisi və aktyoru Özcan Deniz Bakıya gələcək.

“Report” xəbər verir ki, noyabrın 26-da Nizami Kino Mərkəzində “İkinci şans” filminin qala gecəsi keçiriləcək. 

Gecədə filmin baş rol ifaçıları Özcan Deniz və Nurgül Yeşilçayla birlikdə Mesut Can Tomay da iştirak edəcək.

Ö.Denizin romantik dram janrında çəkdiyi film iki zidd xarakterli insan - riyaziyyat müəllimi Yasəmənin və restoran sahibi olan Camalın eşq hekayəsindən bəhs edir. 

Avşar film və DNZ filmin istehsalı olan ekran işinə baxdıqdan sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi