Rusiyanın tanınmış aktyorları Bakıda tamaşa oynayacaq

Rusiyanın tanınmış aktyorları Bakıda tamaşa oynayacaq Tamaşa əsl kişi dostluğundan bəhs edir
İncəsənət
25 Mart , 2015 16:21
Rusiyanın tanınmış aktyorları Bakıda tamaşa oynayacaq

Bakı. 25 mart. REPORT.AZ/ Aprelin 25-də Akademik Opera və Balet Teatrının səhnəsində tanınmış rus aktyorları çıxış edəcək.

"Report" xəbər verir ki, Yasmina Rezanın qələmə aldığı "Kişilər. Gizli dinlənənlər" əsəri Rusiyanın 3 aktyorunun ifasında nümayiş ediləcək.

Bir dənə də qadın rolu olmayan, dostluq və incəsənət haqqında bu qəribə komediyanı 1994-cü ildə Yasmina Reza yazıb. Pyes tezliklə 35 dilə tərcümə edilib, ilin sensasiyası adlandırılıb və Fransanın ən prestijli Comedie de Champs Elysees teatrında səhnələşdirilib.

1997-ci ildə fransız rejissor Patris Kerbrat Rusiyaya gələrək, İqor Kostolevski, Mixayıl Yanuşkeviç və Mixayıl Filippovla tamaşanın rus variantını səhnələşdirir. O vaxtdan tamaşa ölkənin müxtəlif teatrlarında səhnəyə qoyulub, lakin tənqidçilərin rəylərinə görə ilk tamaşa ən yaxşı tamaşa olaraq qalır.

Beləliklə, aprelin 25-də "Kişilər. Gizli dinlənənlər" adlı tamaşa Akademik Opera və Balet Teatrının səhnəsində Bakı tamaşaçılarına təqdim ediləcək.

Saat 20.00-də oynanılacaq tamaşanın biletləri 25-75 manatdır.

Son xəbərlər

Orphus sistemi