Yuxarı

Rusiyada 38-ci Beynəlxalq Moskva Kinofestivalı başlayır

Kinofestival iyunun 23-dən 30-dək davam edəcək

Bakı. 22 iyun. REPORT.AZ/ Rusiya paytaxtında 38-ci Beynəlxalq Moskva Kinofestivalı başlayır.

"Report" xəbər verir ki, kinofestival iyunun 23-dən 30-dək davam edəcək.

Kinofestivalın prezidenti Rusiyanın görkəmli kino xadimi, rejissor Nikita Mixalkovdur.

Nikita Mixalkov nüfuzlu kinofestivalda dünyanın məşhur kino xadimlərinin iştirak edəcəyini bildirib.

Festivalda məşhur ispan rejissoru Karlos Saura, dünya kinosunun məşhur siması Stiven Frirz, Uruqvaylı aktrisa Nataliya Oreyro iştirak edəcək.

Kinofestivalın konkurs proqramına bir neçə nominasiyalar üzrə onlarla film daxil edilib. Sənədli filmlər konkurs nominasiyasında 8 film, "Azad fikir" nominasiyasında isə 12 film nümayiş etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi