Yuxarı

Rus Dram Teatrında yeni tamaşanın məşqləri başlayıb

Tamaşa teatrın aktrisasının yubileyinə həsr edilib

Bakı. 10 fevral. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrının aktrisası, əməkdar artist Rita Əmirbəyovanın 60 illik yubileyi münasibətilə yeni tamaşa hazırlanır.

Bu barədə "Report"a Rus Dram Teatrının aktyoru, Rita Əmirbəyovanın oğlu Oleq Əmirbəyov məlumat verib.

Onun sözlərinə görə, teatrda ingilis dramaturqu, aktyoru və rejissoru Noel Kauardın "Blisslər ailəsi" eksentrik komediyası əsasında hazırlanan yeni tamaşanın məşqləri başlayıb. Tamaşanın ilk məşqi fevralın 10-da keçirilib.

Əsərə quruluşu Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovski verib.

Oleq Əmirbəyov, Natəvan Hacıyeva və Rus Dram Teatrının digər aktyorlarının rol aldığı tamaşada baş rolları xalq artisti Fuad Poladov və əməkdar artist Rita Əmirbəyova ifa edəcək.

Tamaşanın premyerası apreldə olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi