Yuxarı

Rus Dram Teatrında "Blisslər ailəsi" eksentrik komediyasının premyerası olub

Tamaşa, əməkdar artist Rita Əmirbəyovanın 60 illik yubileyinə həsr edilib

Bakı. 4 iyun. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası, əməkdar artist Rita Əmirbəyovanın 60 illik yubileyi münasibətilə yeni tamaşanın premyerası olub.

"Report" xəbər verir ki, tamaşanın premyerasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də iştirak edib.

Tamaşa ingilis dramaturqu, aktyoru və rejissoru Noel Kauardın "Blisslər ailəsi" eksentrik komediyası əsasında hazırlanıb. Əsərə, Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovski quruluş verib.

Tamaşada baş rolları xalq artisti Fuad Poladov  və əməkdar artist Rita Əmirbəyova ifa edib.

Eksentrik komediyada rolları Oleq Əmirbəyov, Natəvan Hacıyeva, Mariya Dubovitskaya, Maqsud Məmmədov, Milana Sokolenko, Teymur Rəhimov və Mədinə Mullayeva ifa edib.

Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssam, əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatı, əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.

Tamaşa keçmiş aktrisanın həyatından, ailə münasibətlərindən bəhs edir.

Yeni tamaşanın növbəti nümayişi iyunun 5-də olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi