Rus Dram Teatrı "Yeni il gecəsində sehrli sirlər" tamaşasının nümayişinə başlayıb

Rus Dram Teatrı "Yeni il gecəsində sehrli sirlər" tamaşasının nümayişinə başlayıb Tamaşa balaca tamaşaçılar üçün nümayiş olunur
İncəsənət
29 Dekabr , 2014 10:03
Rus Dram Teatrı Yeni il gecəsində sehrli sirlər tamaşasının nümayişinə başlayıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrında "Yeni il gecəsində sehrli sirlər" adlı tamaşanın nümayişinə başlanılıb. "Report" xəbər verir ki, balacaların yeni ilini daha da maraqlı etmək üçün hazırlanan bayram tamaşasının müəllifi əməkdar mədəniyyət işçisi Valentina Reznikova, quruluşçu rejissoru xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Aleksandr Fyodorovdur.

Tamaşada rolları Bella Safina, Raul Turkkan, Oleq Əmirbəyov, Teymur Rəhimov, Səfa Mehdi, Murad Məmmədov və başqaları ifa edir.

Yeni ilə həsr edilən bayram tamaşası yanvarın 5-dək hər gün saat 12.00 və 15.00-da nümayiş etdiriləcək.  

Son xəbərlər

Orphus sistemi