Yuxarı

"Retro Bakı” layihəsinin növbəti konsertləri keçiriləcək

Layihə oktyabra qədər davam edəcək

Bakı. 15 iyul. REPORT.AZ/ İyulun 16-17-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri keçiriləcək.

Bu barədə "Report"a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.

Bu həftə “Retro Bakı”da məşur şanson mahnıların ifaçısı Ceyhun Bakinski tamaşaçıların görüşünə gələcək. Həmçinin, müğənnilər Ülkər Quliyeva, Nihad Məlik, “Nabadi” gürcü folklor ansablının, “Stage Forever” gitaraçalanlar və “Bakı” Estrada qruplarının, Səma rəqs ansablının maraqlı çıxışları təqdim olunacaq.

Qeyd edək ki, layihə oktyabra qədər davam edəcək. Layihə çərçivəsində hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları təşkil olunacaq.

Layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırılması və yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsinin təşkil olunmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi