Rəşid Behbudovun heykəlinin qoyulacağı məkan məlum olub

Rəşid Behbudovun heykəlinin qoyulacağı məkan məlum olub Abidənin Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında qoyulması planlaşdırılır
İncəsənət
14 Dekabr , 2015 12:58
Rəşid Behbudovun heykəlinin qoyulacağı məkan məlum olub

Bakı. 14 dekabr. REPORT.AZ/ "Gələn il Bakıda xalq artisti Rəşid Behbudovun heykəli qoyulacaq". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib.

O bildirib ki, artıq memar Fuad Salayevə heykəlin hazırlanması ilə bağlı tapşırıq verilib: "Heykəl üzərində artıq iş başlayıb. Gələn ilin aprel ayında heykəlin hazır olacağı gözlənilir".

Nazir müavininin sözlərinə görə, heykəlin Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında qoyulması planlaşdırılır: "Amma bu tam dəqiq deyil. Heykəlin ucaldılması üçün seçilən məkanın dəyişilməsi də mümkündür".

Son xəbərlər

Orphus sistemi