​Ramazan bayramı münasibəti ilə Lənkəranda bayram şənliyi keçirilib - FOTO

​Ramazan bayramı münasibəti ilə Lənkəranda bayram şənliyi keçirilib - FOTO Əsl bayram ab-havasında keçən tədbiri əcnəbi qonaqlar da maraqla izləyib
İncəsənət
7 İyul , 2016 08:26
​Ramazan bayramı münasibəti ilə Lənkəranda bayram şənliyi keçirilib - FOTO

Bakı. 7 iyul. REPORT.AZ/ Ramazan bayramı münasibəti ilə Lənkəran şəhərində bayram şənliyi keçirilib.

"Report" xəbər verir ki, Lənkəranın Heydər Əliyev adına Xatirə Parkında Şəhər İcra Hakimiyyətinin dəstəyi və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə musiqili-əyləncəli konsert proqramı təşkil olunub.

Tədbirdə yerli incəsənət ustaları və mədəniyyət kollektivlərinin nümayəndələri, bədii qiraət ustaları iştirak edib.

Əsl bayram ab-havasında keçən konsert proqramını rayon sakinləri ilə yanaşı, şəhərdə olan əcnəbi qonaqlar da maraqla izləyiblər.

Son xəbərlər

Orphus sistemi