Rafiq Əzimov: "Müfəttiş"in premyerasına hazırlaşırıq"

Rafiq Əzimov: "Müfəttiş"in premyerasına hazırlaşırıq" Hazırda tamaşanın məşqləri gedir
İncəsənət
5 Noyabr , 2015 16:53
Rafiq Əzimov: Müfəttişin premyerasına hazırlaşırıq

Bakı. 5 noyabr. REPORT.AZ/ Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafiq Əzimov N.V.Qoqolun "Müfəttiş" komediyasında Osip obrazı ilə tamaşaçıların qarşısına çıxacaq.

R.Əzimov "Report"a açıqlamasında hazırda tamaşanın məşqlərinin getdiyini bildirib.

Onun sözlərinə görə, tamaşaya gənc rejissor Mikayıl Mikayılov quruluş verir: "Osip surəti mənə tapşırılıb. Tamaşanın qızğın məşqləri gedir. Dekabrda əsəri təhvil vermək fikrindəyik. Paralel olaraq Teatr Xadimləri İttifaqında "Stullar" tamaşası hazırlanır. Həmin tamaşada da çıxış edirəm. İlin sonunadək hər iki tamaşanın premyerası olacaq".

Son xəbərlər

Orphus sistemi