"Qızıl Kəlmə” Ədəbi Mükafatı 2017-ci il üzrə qaliblərə təqdim olunacaq

"Qızıl Kəlmə” Ədəbi Mükafatı 2017-ci il üzrə qaliblərə təqdim olunacaq Mükafatın təqdimatı mayın1-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək
İncəsənət
28 Aprel , 2017 20:22
Qızıl Kəlmə” Ədəbi Mükafatı 2017-ci il üzrə qaliblərə təqdim olunacaq

Bakı. 28 aprel. REPORT.AZ/  Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iki ildən bir  keçirilən “Qızıl Kəlmə” Ədəbi Mükafatının 2017-ci il üzrə qalibləri müəyyən edilib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ənənəyə uyğun olaraq, ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində təqdimatı baş tutan sayca beşinci “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbulu 2016-cı ilin noyabr ayında başlanıb və bu il aprelin 10-da başa çatıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 100 əsər təqdim edilib.

Bütün əsərlər “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının üzvləri tərəfindən oxunub və qiymətləndirmə cədvəlində komissiya üzvləri hər nominasiya üzrə seçdiyi əsəri xüsusi işarə ilə qeyd edilib. Sonra Komissiyasının yekun iclasında qiymətləndirmə cədvəlinə əsasən alınan nəticələr səsə qoyulub. Beş əsas mükafatla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.

Mükafatın təqdimatı mayın 1-də, saat 16:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə veriləcək.

Son xəbərlər

Orphus sistemi