"Qırmızı bağ" filminin təqdimat mərasimi keçiriləcək

"Qırmızı bağ" filminin təqdimat mərasimi keçiriləcək Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib
İncəsənət
8 Aprel , 2016 16:18
Qırmızı bağ filminin təqdimat mərasimi keçiriləcək

Bakı. 8 aprel. REPORT.AZ/ Aprelin 12-də Nizami Kino Mərkəzində “Qırmızı bağ” bədii filminin təqdimatı keçiriləcək.

Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

“Qırmızı bağ” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Film vaxtı ilə babaları bəy olmuş, özü isə müəllim işləyən insanın həyatından danışır. Yeni ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev canlandırıblar. 

Son xəbərlər

Orphus sistemi