Yuxarı

Qara Qarayev VI Müasir Musiqi Festivalı başa çatıb

Beş gün davam edən festivalda klassik musiqi əsərləri təqdim edilib

Bakı. 25 aprel. REPORT.AZ/ Qara Qarayev VI Müasir Musiqi Festivalı başa çatıb. "Report" xəbər verir ki, beş gün davam edən festivalın bağlanışı aprelin 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olub.

Festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Yekun konsertdə Beat Furrer, Bo Nilsson, Alexandr Vustıni, İ.Stravinski, İ.Hacıbəyov, J.Tavener, A.Şönberq və V.Lütoslavskinin “Enigma”, “Brief an Gösta Oswald”, “Credo”, “Agnus Dei”, “Veruyu”, “Stravinskinin xatirəsinə “Memorial”, “The lamb”, “A Survivor from Warsaw” və “ Trois poemes d'Henri Michaux” əsərləri səsləndirilib.

Festivalın bağlanış konsertində ifa edilən klassik musiqi əsərlərini Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Rusiyanın “Questa musica” ansamblı ifa edib.

Rauf Abdullayevlə yanaşı konserti dirijorlar Filipp Çijevski və Fuad İbrahimov idarə ediblər.

Festivalın yekun konsertində solistlər Fəridə Məmmədova, Nadiya Zelyankova, Andrey Kaplanov, Yekaterina Kiçigina və Sergey Malinin çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi